Accessibility links

İraqda səsvermənin nəticələri hələ açıqlanmayıb


Beynəlxalq Millətlər Təşkilatının İraq üzrə xüsusi nümayəndəsi bu gün vilayət seçkiləri barədə hesabat verəcək. Bu seçkilərin rəsmi nəticələri ən azı bir neçə gündən sonra açıqlanacaq, ancaq artıq bəziləri saxtakarlıqlar barədə ittihamlar səsləndirir. Onlar arasında Ənbar vilayətinin qəbilə liderləri var. İki il əvvəl Əl-Qaidə əleyhinə üz döndərən liderlər nəticələrin İraq İslam partiyasından olan sünni rəqiblərin xeyrinə dəyişdiriləcəyinə inanır. İraq mətbuatı deyir ki, qeyri-rəsmi nəticələrə görə, təriqətlərarası gərginliklərin artmasına səbəb olduğunu deyən bir çox iraqlı dini partiyalardan üz döndərib.
XS
SM
MD
LG