Accessibility links

Kenyalı jurnalist vəhşicəsinə qətlə yetirilib


Jurnalist təşkilatları kenyalı jurnalistin vəhşicəsinə qətlindən sarsıldıqlarını ifadə ediblər.

Kenya rəsmilərinin dediyinə görə, Fransis Nyarinin başsız cəsədi ötən cümə axşamı ölkənin qərbində Nyamira şəhəri yaxınlığındakı meşəlikdə tapılıb.

Jurnalist əlləri arxadan bağlı vəziyyətdə qətlə yetirilib. O, ölümündən əvvəl bir qədər "Weekly Citizen" qəzetində yazdığı məqalədə özünə qarşı hədə-qorxulardan şikayətlənirdi.

Sərhədsiz Reportyorlar Təşkiları və Jurnalistlərin Müdafiə Komitəsi Kenya polisini baş vermiş qətli ciddi araşdırmağa çağırıblar.

XS
SM
MD
LG