Accessibility links

Yapon şirkətləri nəhəng itkilərə məruz qalıb


Pisləşən qlobal iqtisadi böhran fonunda 3 Yaponiya şirkəti iri itkilər veriklərini bildirirlər. Elektron məhsul istehsalçısı Panasonic deyir ki, dünya boyu 27 zavodu bağlayacaq və 15 min işçini ixtisara salacaq. Ötən il ərzində şirkət 4 milyard dollar itirib. Korporasiya təkcə 2008-ci ilin 3-cü kvartalında 700 milyon dollar itirdiyini deyir. Bu arada avtomobilqayırma şirkətləri Mitsubishi 670 milyon, Mazda isə 144 milyon dollar itirdiyini xəbər verir. Bu üç şirkət ABŞ-da azalan təlabat üzündən istehsalı azaldan və işləri ixtisara salan son yapon şirkətləridir.
XS
SM
MD
LG