Accessibility links

Müəmmar Qəzzafinin təklifi çıxılmaz vəziyyət yaradıb


Afrika Birliyinin yeni rəhbəri Müəmmar Qəzzafinin qitə höküməti təklifi Liviya prezidenti ilə Afrika liderləri arasında fikir ayrılığı çıxılmaz vəziyyət yaradıb. Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən sammitin saatlarla davam edən növbəti sessiyasını Qəzzafi qəzəblə tərk edib.

Əlçəzair, Misir, Kenya, Nigeriya, Cənubi Afrika və Tanzaniya kimi Afrika ölkələrinin liderləri sammitin yekun kommunikesi barədə də ortaq fikrə gələ bilməyiblər. Afrika ölkələrinin bəzisisuverenliklərindən keçməyəcəklərini deyirlər. Mübahisələr sammitin işini uzadır.

Müəmmar Qəzzafiartıq illərdir ki, Birləşmiş Afrilka Ölkələri adlandırılan təklifin qəbuluna çalışır.Liviya prezidentibunun Afrika ölkələrinəQərbin müdaxiləsi olmadan, iqtisadi və siyasi problemlərin həllinə yardım edəcəyini bildirir.

Afrika Birliyi rəsmən Afrikanın infrastrukturunun inkişafına xidmət etmək üçün təsis edilsə də, son zamanlar qurum Qəzzafinin planı, Madaqaskar və digər bölgələrin böhranlarını diqqət mərkəzinə alıb.


XS
SM
MD
LG