Accessibility links

İran Avropa Birliyinin qərarına etiraz edir


İran xəbər agentliyi bildirir ki, hökumət Avropa Birliyi ölkələrinin səfirlərini çağıraraq, Birliyin İranın sürgündə olan müxalif qrupu terrorçu təşkilat siyahısından çıxarmasına etirazını bildirib. İran Xarici İşlər nazirinin müavini Mehdi Səfəri bu gün səfirləri bir yerə toplayaraq hökumətin bu barədə rəsmi şikayətini bildirib. O, təmsilçilərə deyib ki, İran Avropa Birliyinin terrorizmə ikili standartlarla yanaşmasını kəskin tənqid edir. Birliyin xarici işlər nazirləri yanvarın 26-da Xalq Mücahidləri qrupunu terrorçu təşkilatlar siyahısından çıxarmışdı. Səfəri deyib ki, qrupun siyahından çıxarılmasının arxasında siyasi səbəblər durur.
XS
SM
MD
LG