Accessibility links

Rusiya prezidenti Ukraynadan təzminat tələb edir


Rusiya prezidenti Dmitri Medvedev keçən ay Avropadakı qaz böhranında Ukraynanı günahladıraraq, bu ölkənin verilən itkiləri təzminat verməli olduğunu deyib. Rusiya lideri bunları Moskvada, Bolqarıstan prezidenti Georgi Parvanovla görüşü zamanı deyib. Bundan əvvəl də Ukraynadan keçərək onun ölkəsinə ötürülən Rusiya qazının qiymətinin aşağa salınmasını istəyən Bolqarıstan prezidenti iki həftə davam edən qaz böhranına görə, ölkəsinin verdiyi itkilərin ödənilməsini tələb etmişdi. Hər iki lider gələcəkdə belə böhranların təkrar olunmasına yol verilməyəcəyinə çalışılacağını bildirmişlər. Cənab Medvedev Rusiyadan ötürülən qaz marşrutlarının diversifikasiyasına çağırıb.

XS
SM
MD
LG