Accessibility links

Nuri Əl-Maliki koalisiyasının vilayət seçkilrində qələbə çalacağı gözlənir


Iraqda keçirilən vilayət seçkilərinin nəticələri baş nazir Nuri Əl-Malikinin başçılıq etdiyi koalisiyasının şiələrin çoxluq təşkil etdiyi vilayətlərdə qələbə əldə edəcəyinı göstərir. Bu gün əldə edilənilkin nəticələr göstərib ki, Əl-Maliki koalisiyası paytaxt Bağdadda və İraqın ikinci iri şəhəri Bəsrədə qələbə əldə edib. Bundan əlavə şıə baş nazirin koalisiyasının doqquz vilayətdən səkkizində irəlidə olduğu bildirilir.Rəsmilər eləcə də, seçkilərin nəticələrinin zorakılıqlarla nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər. Bu arada isə İraq rəsmiləri bildirirlər ki, Diyala vilayətində baş verən intiharçı hücumu azı 12 nəfərin ölümünə səbəb olub.

XS
SM
MD
LG