Accessibility links

Türkiyənin hərbi təyyarələri İraqdakı  kürd hədəflərinə zərbələr endirib


Türkiyə ordusunun bildirdiyinə görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı kürd yaraqlılarının mövqelərini hədəf alıb. Türkiyə hərbi sözçüsü, briqada generalı Mətin Gürak bu gün Ankarada müxbirlərlə görüşü zamanı hərbi hava qüvvələrinin dünən və bu gün İraqın Hakurk regionundakı hədəfləri bombaladığını bildirib. Türkiyə hərbi qüvvələri PKK-nın kürd separatçılarına qarşı intensive əməliyyatlar aparmaqda davam edir. Hələ 2007-ci ildə Türkiyə parlamenti türk ordusunun İraqla sərhəd boyu hərbi əməliyyatlar həyata keçirə bilməsinə dair qərar qəbul etmişdi.

XS
SM
MD
LG