Accessibility links

Pakistan ordusu yaraqlılara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirib


Pakistan rəsmiləri ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəddəki körpünün partladıldığı Xeybər Keçidində genişmiqyaslı hərbi əməliyyatlarhəyata keçirildiyini bildirirlər. Hava və qurudan keçirilən əməliyyatlar zamanı 52 yaraqlının öldürüldüyü deyilir. Xəbər Agentliklərinin bildirdiyinə görə, əməliyyatlar zamanı əsasən yaraqlıların məskumlaşdığı və silah-sursatın saxlandığı mövqelər hədəf alınmış, 8 maşın sıradan çıxarılmışdır. Xatırladaq ki, bu həftənin bazar ertəsi günü Əfqanıstanla sərhəddə 30 metr hündürlükdəki əsas körpü yaraqlılar tərəfindən partladılmışdı.

Pakistandan alınan digər xəbərdə bildirilir ki, ölkənin mərkəzindəki Dira Qazi Xan şəhərindəki şiə məscidi yaxınlığında onlarla dindarın ölümünə səbəb olan intiharçı hücumundan sonra qəzəblənmiş şiə müsəlmanlar iğtişaşlara səbəb olublar.

XS
SM
MD
LG