Accessibility links

Nika Gilauri Gürcüstanın baş naziri oldu


Gürcüstan qanunveriçiləri Nika Gilaurini ölkənin yeni baş naziri vəzifəsinə təyinatını və onun proqramını təsdiq ediblər. Cənab Gilauri deyib ki, o, diqqətini qlobal iqtisadi böhrana və ölkəsinin ərazi bötüvlüyünə cəlb edəcək. Baş nazir infrastruktur layihələrinə sərmayə qoyacağına, iqtisadiyyatı inkişaf etdirəcəyinə və yeni iş yerləri açacağına vəd verib. O, həmçinin ölkədə demokratik islahatların həyata keçirməklə yanaşı, Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüyünə nail olmağa çalışacağını bildirib.
XS
SM
MD
LG