Accessibility links

Birləşmiş Ştatlar İranla danışıqlar aparmaq istəyir


ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar İranla nüvə proqramı ətrafında danışıqlar aparmaq istəyir. Lakin o, xəbərdarlıq edib ki, Tehran indiki mövqedə olsa, təcrid və təzyiqləüzləşəcək. Münhendə təhlükəsizliyə dair konfransda danışan Bayden deyib ki, onun ifadəsilə, “İran qeyri-qanuni nüvə proqramı və terrorizmə dəstəyindən” əl çəksə, əlverişli güzəştlər ediləcək.Lakin Co Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar İranın artmaqda olan qabiliyyətinin qarşısını almaq üçün raketlərdən müdafiə sistemini inkişaf etdirməyə davam edəcək. Baydenin İranla danışıqlar aparmaq təklifi Tehranla birbaşa danışıqlardan imtina edən Buş administrasiyasının siyasətindən fərqi göstərir.Almaniya kansleri Angela Merkel deyib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı daha ciddi sanksiyaların tətbiqinə hazır olmalıdır.

XS
SM
MD
LG