Accessibility links

Türkiyə ilə Ermənistan münasibətləri normallaşdırmağa yaxındır


Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sözlərinə görə, Yerevan və Ankara münasibətlərin normallaşdırmağa yaxındır. Nalbandyan bu gün Münhendə təhlükəsizlik konfransında Türkiyəli həmkarı Əli Babacanla görüşündən sonra açıqlama verib. O, danışıqları məhsuldar adlandırıb. Bu görüş, Ermənistan prezidenti Serj Sarkisyan və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan;n İsveçrədə görüşündən bir həftə sonra keçirilib. Ermənistan prezidenti deyib ki, hər iki lider xarici işlər nazirlərinə başlıca problemləri həll etməyə səy göstərmək barədə tapşırıq verib.
XS
SM
MD
LG