Accessibility links

ABŞ-ın Milli Təhlükəsizlik Şurasında kadrların sayı artırılacaq 


Washington Post qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının kadrlarının sayını və beynəlxalq və daxili məsələlərin həlli strategiyasının müəyyən edilməsi səlahiyyətlərini artıqmağı planlaşdırır.

Qəzet yazır ki, milli təhlükəsilik məsələləri üzrə müşavir Ceyms Cons hazırkı qurumun effetiv olmadığını bildirib. Onun dediyinə görə, 21-ci əsrin kibernetika təhlükəsizliyi, ətraf mühit, dövlət quruculuğu və infrakstruktur kimi məsələlərin həlli üçün şuranın xarici siyasəti genişləndirilməlidir.

Milli Təhlükəsizlik Şurasına dövlət katibi, ədliyyə və müdafiə nazirləri və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri üzvdür.

XS
SM
MD
LG