Accessibility links

Qəzzadan İsrailə raket hücumu olub


İsrail hərbçiləri deyir ki, Qəzza zolağından İsrailin cənubuna raket hücumu baş verib. Hərbi rəsmilər deyir ki, raket azı bir maşını alova bürüyüb, lakin xəsarət alan olmayıb. Fələstin militantları İsrail yanvarın 18-də Qəzzada 3 həftəlik hərbi əməliyyatlarını başa çatdırandan bəri İsrailə arabir raket hücumları etməkdədir. Fələstin militant qrupunun nümayəndələri israillə rəsmi uzun müddətli atəşkəs imzalamaq üçün Misirdə danışıqlar aparır. Mahmud Zahar və Hamasın başqa nümayəndələri Qahirədə Misir rəsmiləri ilə görüşəcəklər. İsrail Hamasa hücum edəndən bəri ilk dəfədir ki, Zahar ictimaiyyət arasına çıxır.
XS
SM
MD
LG