Accessibility links

Amnesty İnternational İranla bağlı yeni bəyanat yaydı


Mərkəzi qərargahı Londonda yerləşən Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı İran İslam İnqılabının 30 illiyi münasibəti ilə bəyanat yayıb.
Sənədə görə, İranda insan haqlarının pozulması ilə bağlı vəziyyət narahatlıq doğurur.
Benəlxalq İnsan haqlarını müdafiə grupunun sənədində deyilir ki, İslam İnqılabının banisi Ayətulla Xomeyninin İranda azadlıqlarının tam təmin olunacağı ilə bağlı bütün vədlərinə baxmayaraq, 30 ildən bəri İranda insan haqları addımbaşı pozulur. Təşkilatın bildirdiyinə görə, İranda etnik azalıqlara qarşı geniş ayrıseçkilik siyasəti yürüdülür və son illər ərzində bu sahədə vəziyyət olduqca ağırlaşıb.
Bundan başqa, İranda qadınların həm hüquqi baxımdan, həm də əməldə kəskin ayrı-seçgiliklərə məruz qaldığı vurğulanır.
Təşkilatın bidirdiyinə görə, İranda qeyri-hökümət təşkilatlarının, qəzet və jurnalların qapadılması və hətta vətəndaşların internetə çıxışının məhdudlaşdırılması davam etdirilir.
Beynəlxaql Əfv təşkilatı İranda insanların şəxsi etiqad, siyasi düşüncəsinə, eləcə də, milli, dini və ictimai mənsubiyyətinə görə təzyiq və təqiblərə məruz qaldığını bildirir.
Amnesty İnternational həm də, siyasi, ictimai, mədəni və dil hüquqlarını müdafiə etdiklərinə görə həbs olunan və ədalətsiz şəkildə məhkum olunan vətəndaşların azadlığa buraxılmasını tələb edir.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, İranda insan haqlarını pozan hökümət nümayəndələri tam cəzasız qalır və keçmiş Şah rejimi dövründə olduğu kimi özbaşına həbslər və saxlanılan şəxslərin işkəncə olunması islam inqılabından sonra da davam etdirilir.
Təşkilatın bildirdiyinə görə, İranda edam hallarının get-gedə artması və milli azlıqlara qarşı geniş ayrı seçgilik siyasətinin davam etdirilməsi dərin narahatlıq doğurur.
Bundan başqa, Beynəlxalq Əfv 1988-ci ildə minlərlə siyasi məhbusun kütləvi edamı ilə bağlı məsələnin araşdırılması və günahkarların cəzalandırılmasını tələb edib.

XS
SM
MD
LG