Accessibility links

Los Ancelesdə Qremmi mükafatlarının təqdimat mərasimi keçirilib


Los Ancelesdə Qremmi mükafatlarının təqdimatı mərasimində Led Zeppelin qrupunun solisti Robert Plənt və müğənni Allison Kraus ən yüksək mükafatlara layiq görülüblər.Kraus və Plənt “Raising Sand” adlı albomun yaradılmasında əməkdaşlığa görə ilin ən yaxşı albomu kateqoriyasında mükafatı alıblar. Onların “Please Read the Letter” mahnısı isə ilin ən yaxşı yazısı kateqoriyasında mükafata layiq görülüb.

Rep musiqiçi Lil Veyn ən yaxşı rep albomun sahibi və ən yaxşı rep mahnısı kateqoriyaları da daxil olmaqla dörd mükafat alıb.Britaniyanın rok qrupu Koldpley (Coldplay) ən yaxşı ifa və ilin ən yaxşı mahnısı kateqoriyasında yüksək mükafata layiq görülüb.Pop müğənni Ruhanna və onun oğlan dostu müğənni Kris Braun mərasimdə çıxışlarını təxirə salıblar.Buna səbəb Los Anceles polisinin Braunun məişət xuliqanlığı ilə əlaqədar olduğunu bildirməsi olub.

XS
SM
MD
LG