Accessibility links

Prezident Obama iqtisadi yardım paketinə ictimai dəstək qazanmağa çalışır


ABŞ prezidenti Barak Obama iqtisadi stimullaşdırma planına ictimai dəstək qazanmaq məqsədilə bir sıra tədbirlərdə iştirak etməyi planlaşdırır. Cənab Obama İndiana ştatının Elkart şəhərində görüş keçirib. İstehsal mərkəzi olan Elkartda işsizlik səviyyəsi keçən il 5 faizdən bu il 15 faizə qalxıb.

Bu gün prezident Ağ Evdə axşam saatlarında keçirəcəyi ilk mətbuat konfransında 800 milyard dollarlıq iqtisadi stimullaşdırma və vergilərin ixtsarı planına geniş auditoriya qarşısında dəstək qazanmağa çalışacaq.

ABŞ Senatında iqtisadi xilas paketi ilə bağlı debatlar bu gün başa çatdırılmalıdır. Bu, paket üzrə sabah son səsverməyə yol açır. Senat liderlərinin planı demokrat əksəriyyət və bir qrup respublikaçının səslərini alaraq təsdiq edəcəyi gözlənilir.

Respublikaçıların çoxu planın əleyhinə çıxaraq, onun çox baha və daha artıq vergi ixtisarını əhatə etməli olduğunu bildirirlər.

XS
SM
MD
LG