Accessibility links

Avropa Şurasının komissarı Gürcüstandadır


Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Gürcüstana və onu iki separatçı regionlarına bir həftəlik səfərə çıxıb. Bu gün Tbilisidə çıxış edən Tomas Hammerberq deyib ki, o, Avqust ayında Rus-Gürcü hərbi münaqişəsi zamanı ən çox dağıntıya məruz qalmış ərazilərə gedəcək. Dayanacaqlar sırasında Abxaziya separatçı regionunun paytaxtı Suxumi və Gürcüstanla de-fakto sərhəddə yerləşən Qali rayonu var. Bu arada Rusiyanın Gürcüstana hərbi müdaxiləsini araşdıran Avropa Birliyi komissiyasının rəhbəri Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze ilə görüşüb. İsveçrəli diplomat Haydi Taqliavini konfliktin köklərini müəyyən etmək üçün beynəlxalq qanun, hərbi və insan hüquqları mütəxəssislərindən ibarət komanda toplayıb.
XS
SM
MD
LG