Accessibility links

'Sabah' qəzetinin Qarabağla bağlı razılıq iddiası


“Son danışıqlar nətəcəsində Azərbaycanla Ermənistan arasında bəzi məsələlərdə prinsipial razılaşmalar əldə olunub". Bu, Türkiyənin Sabah Qəzetinin köşə yazısında qeyd olunur. Yazıda deyilir ki, əldə olunan bu razılaşmalara görə Ermənistan işğal altındakı 7 rayonu geri qaytaracaq, istəyən qaçqınlar evlərinə dönəcək, orada müvəqqəti hökumət qurulacaq və müəyyən müddətdən sonra isə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçiriləcək. Müəllif Erdal Şafakın yazdığına görə, Əli Babacanla İlham Əliyevin görüşü əvvəldən razılaşdırılıbmış. Məqaləni şərh edən Atlas Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə isə burada heç bir yenilik yoxdur: “Ermənistan tərəfi işğal altındakı rayonları boşaltmağa hazırdır, ancaq onun qarşılığında istədikləri çox böyükdür. Referendum, Kəlbəcər, Laçın məsələsi və digər məsələlər. Yeni bir şey görmədim, sadəcə burada bir məqam var. “Sabah”’ Türkiyədə bir az hökumətə yaxın qəzet sayılır. Ola bilər ki, müəyyən bir məlumat sızdırılıb”.
Cənab Şahinoğlu rəsmi Bakının ayrılıqda hansısa bir epizodun üzərində dayandığına inanmadığını bildirir. O, bunu erməni tərəfinin geriyə addım atmaq fikrinin olmaması ilə izah edir.
Köşə yazarı Erdal Şafak isə bildirir ki, azərbaycanlı qaçqınlar evlərinə qayıdandan sonra orada müvəqqəti hökumət yaradılacaq. Elxan Şahinoğlunun sözlərinə görə, əsas məsələ bu hökumətin hansı nisbətdə formalaşacağıdır. O, bu hökumətin əvvəlki əsasda qurulmalı olduğunu bildirir, ancaq ermənilərin buna da etirazının olacağını vurğulayır.
Yazıda habelə deyilir ki, Yuxarı Qarabağ deyilən ərazi Azərbaycana qaytarılsa, Ermənsitanla bu ərazi arasında keçidlər açılacaq. Müəllif bu keçidlərin haradan açılacağını və burada təhlükəsizliyin kimlər tərəfindən təmin ediləcəyini sual edir. Elxan Şahinoğlu isə məqalədə bir maraqlı nüans toxunur: "Azərbaycan tərəfi tələb edir ki, Ermənistan keçidlərin qorunması üçün Rusiya qoşunlarının cəlb olunmasını tələb edirsə, rəsmi Bakı da vurğulayır ki, onlar Türk Silahlı Qüvvələrinin həmin bölgələ olmasını istəyirlər. Buna qədər Azərbaycan ATƏT-in qüvvələrindən yana idi. Məqalədə isə Azərbaycan tərəfinin Türkiyə qüvvələrinin bölgədə yerləşdirilməsini mütləq şəkildə tələb etdiyi vurğulanır".
Yazıda habelə vurğulanır ki, tərəflər arasında, həm Türkiyə-Ermənsitan, həm də Azərbaycan-Ermənistan arasında həll olunmalı 50-yə yaxın məsələ var. "Bunlara torpaq, sərhəd, və soyqırım kimi məsəsələlər daxildir"-deyə müəllif Ərdal Şəfəq bildirir.
XS
SM
MD
LG