Accessibility links

Nikola Sarkozi Bağdaddadır


Fransa prezidenti Nikola Sarkozinin sözlərinə görə, onun ölkəsi 2003-cü ildə ABŞ-ın müdaxiləsi ilə korlanan münasibətlərin bərpası məqsədi ilə İraqa iqtisadi və siyasi dəstək verəcək. Cənab Sarkozi bu gün Bağdada gözlənilməz səfər edib. Bu, onun İraqa ilk səfəridir. Fransa lideri İraq prezidenti Cəlal Təlabani və baş nazir Nuri əl-Maliki ilə görüşüb. O, iraqlı həmkarına deyib ki, dünyanın güclü və vahid İraqa ehtiyacı var. Cənab Sarkozinin səfəri 2003-cü ildən bəri Fransa rəhbərinin İraqa ilk səfəridir. Fransanın güclü müharibə əleyhdarı olması Fransa-Amerika münasibərlərinə təsir göstərib. 2007-ci ildə hakimiyyətə gələn Sarkozi isə münasibətlərin bərpasına çalışır.
XS
SM
MD
LG