Accessibility links

ABŞ dövlət katibinin müşaviri Patrik Mun Moskvadadır


Yüksək rütbəli Amerika rəsmisi NATO və Birləşmiş Ştatlar quvvələrinin Taliban hərəkatında qarşı vuruşlarda yeni təchizat marşrutunun açılmasını Rusiya rəsmiləri ilə müzakirə etmək üçün bu gün Moskvaya səfər edib.

ABŞ-ın Moskvadakı səfirliyinin məlumatına görə, dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə müavininin köməkçisi Patrik Mun Rusiya xarici işlər nazirliyinin rəsmiləri ilə iki-günlük müzakirələr aparacaq.

Ötən həftə Rusiyanın Qırğızıstana iki milyon dollar kredit və digər yardımlar ayıracağını elan etməsindən sonra Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Bişkek yaxınlığındakı Amerika hərbi hava bazasını bağlamaq niyyətini açıqlamışdı.

ABŞ rəsmiləri Manas bazasının statusu ilə bağlı Qırğızıstan tərəfindən heç bir formal bildiriş almadıqlarını deyirlər.

XS
SM
MD
LG