Accessibility links

Avstraliyada yanğınlar səbəbi ilə ölənlərin sayı artır


Avstraliyada təbii yanğınlar səbəbi ilə ölənlərin sayı 181 nəfərdir. Yanğın nəticəsində ölənlərin sayının 300-ə qədər artacağı təxmin edilir. Yanğınsöndürənlər dəhşətli səhnələrlə üzləşdiklərini deyirlər. Yanmış cəsədlər maşınlar və evlərdən çıxarılır. Avstraliyanın baş naziri Kevin Radd yanaraq sıradan çıxan şəhərlərin bərpa ediləcəyini bildirib.

Polis yanğınların bəzilərinin qəsdən törədildiyindən şübhələnir. Bəzi şəhərlər cinayət sahəsi kimi bağlanıb. Dünya liderləri, o cümlədən ABŞ prezidenti Barak Obama Avstraliyaya yardım təklif edib.

XS
SM
MD
LG