Accessibility links

İran Xarici işlər naziri ABŞ-la bağlı nikbinliyini ifadə edib


İranın Xarici işlər naziri Mənuçehr Möttəki Birləşmiş Ştatların yeni prezident Barak Obamanın hakimiyyəti dövrü başqa ölkələrlə münasibətləri yaxşılaşa biləcəyinə nikbinliklə baxdığını bildirib. Bu gün Bağdadda danışan Möttəki deyib ki, ABŞ administrasiyasının cənab Obamanın prezident seçilməzdən öncə dediklərini həyat keçirmək istəyi yaxşı əlamətdir. Prezident seçki dövrü cənab Obama İranla danışıqlar təklifi ilə çıxış etmişdi.

İran xarici işlər naziri habelə deyib ki, İraqda təhlükəsizliklə bağlı vəziyyət düzəldyinə görə ABŞ-la İraqa dair danışıqlar aparmağa artıq ehtiyac qalmayıb. Mənuçehr Möttəki ölkədə təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırdıqlarına görə İraq rəsmilərindən razılığını bildirib. Onun sözlərinə görə, hazırkı şəraitdə ABŞ-la üçtərəfli danışıqlara ehtiyac yoxdur.

XS
SM
MD
LG