Accessibility links

Taliban yaraqlılarının Kabildə hücumu zamanı 20 nəfər həlak olub


Əfqanıstan rəsmiləri bildirirlər ki, taliban yaraqlılarının Kabildə Ədliyyə vəTəhsil nazirlikləri, habelə Baş həbsxana idarəsinə hücumları nəticəsində təxminən 20 nəfər həlak olub, 60-a yaxın adam isə yaralanıb. Hücum Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə yeni nümayəndəsi Richard Holbrukun Kabilə səfəri gözlənildiyi zaman həyata keçirilib. Müdafiə Nazirliyi əməliyyatda 8 hücumçunun öldürüldüyünü bildirib. Taliban yaraqlıları Kabildə Amerikanın səsi və başqa xəbərlər agentliklərinə zəng edib əməliyyatın məsuliyyətini öz üzərinə götürdüklərini bildiriblər.

XS
SM
MD
LG