Accessibility links

Pakistan qanunvericisinə qarşı bomba hücumu həyata keçirilib


Bu gün Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində baş verən bomba partlayışı Avami Partiyasından qanunverici Alam Zib Xanın ölümünə səbəb olub. Partlayışın qanunvericinin maşınına yaxınlaşarkən baş verdiyi və 6 nəfərin də yaralandığı xəbər verilir. Hücumun Birləşmiş Ştatların yüksək səviyyəli nümayəndəsi Riçard Holbrukun şəhərə gəlməsindən sonra baş verdiyi deyilir. Cənab Holbruk Əfqanıstanla sərhəd yaxınlığındakı şəhərdə ordu liderləri ilə görüşüb. Pakistana dünən gəlmiş Holbruk artmaqda olan ekstremist hərəkatı və ölkənin qəbilələrin yaşadığı ərazilərdə terrorçuların bazalarının məhv edilməsi ətrafında rəsmilərlə danışıqlar aparıb. Prezident Obamanın dövlət katibinin Cənubi Asiya region üzrə köməkçisi vəzifəsinə yeni təyin etdiyi Holbrukun bu həftə Əfqanıstana və Hindistan da səfəri gözlənilir.

XS
SM
MD
LG