Accessibility links

Şimali Koreyanın nüvə proramına dair danışıqlara yeni müzakirəçi təyin edilə bilər


ABŞ mətbuatının yazdığına görə, dövlət katibi Hillari Klinton Şimali Koreyanın nüvə proramına dair altıtərfli danışıqlara yeni müzakirəçi təyin etməlidir. Xəbərlərdə xanım Klintonun Amerikanın Seuldakı sabiq səfiri Stefen Bosvortu bu vəzifəyə seçə biləcəyi deyilir. Taft Universitetinin Hüquqşünaslıq İnstitutunda çalışan Bosvort bu xəbəri təsdiq etməyib. Yenicə Şimali Koreyadan 5 günlük səfərdən qayıdan keçmiş diplomat o ölkə rəsmilərinin Obama administrasiyası ilə danışıqlara hazır olduğunu bildirib. Stefen Bosvort deyib ki, Şimali Koreya uzun zamandır dayandırılan danışıqları bərpa etmək istəyir.


XS
SM
MD
LG