Accessibility links

Abraham Linkolnun anadan olmasının 200-cü ildönümü qeyd edilir


Vaşinqtonda ABŞ-ın 16-ci prezidenti Abraham Linkolnun anadan olmasının 200-cü ildönümü qeyd edilib. Tədbir yenicə restavrasiya edilən Ford teatrında keçirilib. ABŞ prezidenti və birinci xanım Barak Obama və Mişel Obamanın iştirak etdiyi tədbirə Holivud ulduzları da qatılıb. Barak Obama prezident Linkolnu ölkədə birlik yaradığına görə təqdir edib.

Skripkaçalan Coşua Bell 1865-ci ildə Abraham Linkolnun qətlə yetirildiyi gün Ford teatrında çalınan skripkada ifa ilə tədbirə start verib. Abraham Linkoln Konfederasiyaya daxil olan cənub ştatlarında quldarlığı ləğv edən Azadlıq bəyannaməsinə imza ataraq, Amerikada quldarlığa son qoyub.

XS
SM
MD
LG