Accessibility links

789 milyard dollarlıq iqtisadi stimullaşdırma paketi təsdiq edildi


ABŞ-ın Nümayəndələr Palatası və Senatı 789 milyard dollarlıq iqtisadi stimullaşdırma paketini təsdiq edərək, Konqresin ixtiyarına verib. Senatın əksəriyyət lideri Harri Reydin dediyinə görə, kompromiz razılaşma qanuni qüvvə qazandığı an 3.5 milyon yeni iş yerinin açılmasına xidmət edəcək. Respublikaçı senatorlar Suzan Kollins və Arlen Spekter paketə müsbət səs verənlər arasında olub. Kollins bu planın büdcə cavabdehliyi daşıdığını, Spekter isə vəziyyətin ciddiliyinin kəskin ölçülər tələb etdiyini deyib.

Nümayəndələr Palatasının respublikaçı lideri Con Boehner deyib ki, ölçüdə daha artıq vergi ixtisarı və daha az hökumət xərcləri yer almalı idi. ABŞ prezidenti Barak Obama kompomizin işlərin xilası və yeni işlərin açılmasına yardım etməsilə yanaşı, bir sıra ailə və biznesləri vergilərdən azad edib, iqtisadi vəziyyətlərin normllaşmasına yardım edəcəyini bildirib.

XS
SM
MD
LG