Accessibility links

Vəhid Şıxbəyli zaminə buraxılıb


Təbrizdəki mənbələrin yaydığı məlumata görə, azərbaycanlı fəal Vəhid Şıxbəyli zaminə buraxılıb. Təbrizin Özəl Universitetinin tələbəsi cənab Şıxbəyli, Fevralın 11-də, 50 milyon tümən(50 min ABŞ dolları) girov qoyaraq müvəqqəti azadlığa çıxıb. Cənab Şıxbəylinin üzvü olduğu “Arman” Tələbə Birliyi bu xəbəri təsdiqləyərək, onun azad olunmasına çalışanların fəaliyyətini yüksək qiymətləndirib.
Təqribən 2 ay öncə, Təbrizdəki mənzilinin önündən oğurlanan Vəhid Şıxbəylinin daha sonra Ettelaat əməkdaşları tərəfindən həbs olunduğu məlum oldu. İslam İnqilab Məhkəməsi cənab Şıxbəylini cinayət məcəlləsinin “Milli təhlükəsizliyi pozamağa cəhd” və “İctimai asayışı pozmaq” maddələri ilə ittiham edir. Onun nə zaman məhkəməyə çağrılacağı barədə xəbər verilmir.
XS
SM
MD
LG