Accessibility links

Türk qüvvələri PKK hədəflərini bombardman edib


Türkiyə dövlət xəbər agentliyi deyir ki, ötən həftə İraqın şimalında keçirilən əməliyyat nəticəsində Türk qüvvələri 13 Kürd yaraqlısını öldürüb. Anadolu xəbər agentliyi bu məlumatı adlarının çəkilməsini istəmyən təhlükəsizlik rəsmilərinə istinadən yayıb. Hava reydləri həmçinin PKK-ya məxsus düşərgənin dağıdılması ilə nəticələnib. Türk ordusunun sözçüsü ötən həftə müxbirlərə bildirmişdi ki, Türk təyyarələri Harkuk regionunda PKK hədəflərini bombalamışdı. Son bir il ərzində Türkiyənin Kürd separatçılarına qarşı apardığı mübarizə intensivləşib.
XS
SM
MD
LG