Accessibility links

Rusiya və Türkiyə arasında strateji deklarasiya imzalandı


Rusiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bu gün Rusiya prezidenti Dmitri Medvedyevlə görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən prezidentlər tərəflər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutan bəyannaməninin imzalandığını bildiriblər. Onlar habelə Cənubi Qafqazda vəziyyətinin stabilləşməsini üçün effektiv addımların atılmaına çağırıb. Bu arada Rusiya enerji nazirinin sözlərinə görə, ölkə Türkiyənin ilk atom elektrik stansiyasının tikilməsi üçün kontraktın imzalanmasına yaxındır. Rusiya xəbər agentliyi nazir Serqey Şmatko bildirir ki, o, Moskvanın təklifinin yaxın gələcəkdə Türkiyə hökumətinə təqdim olunacağını ehtimal edir. Cənab Şmatko jurnalistlərə açıqlamasında deyib ki, enerji kontraktı 20 milyard dollar dəyərində ola bilər. Bu bəyanat Türkiyə prezidenti Abdulla Gülün Rusiyaya səfəri zamanı açıqlanıb. Rusiyanın Atom-stroy-eksport atom enerji agentliyinin rəhbərlik etdiyi konsorsium Türkiyənin cənubda Aralıq dənizi sahilindəki Akkuyu atom enerji zavodunun tikintisi üçün elan edilən tenderdə başlıca iştirakçı olub. Türkiyə enerji idxalını azaltmaq üçün bir neçə atom enerji stansiyası tikməyi planlaşdırır.

XS
SM
MD
LG