Accessibility links

Mənuçehr Müttəki İraqın yüksək səviyyəli şiə ruhanisi ilə görüşüb


İran mediasının bildirdiyinə görə, İraqda səfərdə olan İranın xarici işlər naziri Mənuçehr Müttəki bugün Nəcəf şəhərində İraqın yüksək səviyyəli şiə ruhanisi Ayətulla Əli Sistani ilə görüşüb. Mehr xəbər agentliyinin məlumatında deyilir ki, cənab Sistani İranın xarici işlər nazirini İran İslam İnqilabının 30-cu ildönümü ilə təbrik edib və İran millətinin uğurları üçün dua etdiyini deyib. İranda da İraqda olduğu kimi şiələr çoxluq təşkil edir.

İranın xarici işlər naziri Mənuçehr Müttəki Nəcəfə İraq Kürdüstanında kürd prezidenti Məsud Barzani ilə yarı-muxtar Kürdüstan regionunda vəziyyəti müzakirə etmək üçün görüşüb. Cənab Müttəki və Barzani İranın İraqın sərhəd bölgələrindəki vəziyyəti, habelə fəaliyyəti qadağan olmuş kürd qrupunun İraqın şimalında İranda hədəflərə hucum etməsi kimi məsələləri müzakirə ediblər. Səfər zamanı cənab Müttəki Erbil və Süleymaniyyədə konsulluqların açılmasında iştirak edib.O, regiona səfər etmiş ən yüksək rütbəli İran rəsmisidir.


XS
SM
MD
LG