Accessibility links

Barak Obama stimullaşdırma planının təsdiqinə görə Konqresi alqışlayıb


ABŞ prezidenti Barak Obama iqtisadi stimullaşdırma planının təsdiqinə görə Konqresi alqışlayaraq, Amerika xalqı üçün real və zəruri bir prosesin həyata keçirildiyini deyib. Həftəlik radio müraciəti zamanı Barak Obama planın təsdiqini dirçəliş yolunda atılan mühüm addım kimi qiymətləndirib. ABŞ dövlət başçısı Konqres üzvlərinə rtaq məqsədə nail olunmasında nümayiş etdirdikləri əməkdaşlığa görə təşəkkürünü bildirib. Prezident deyib ki, gələn həftə sənədə imza atmaqla onu qanuni qüvvəyə mindirəcək. Barak Obama bildirib ki, bu plan xərclər və davamlı iqtisadi artım naminə investisiya qoyuluşlarının artırılması, habelə 3.5 milyon yeni iş yerinin açılmasına xidmət edəcək. ABŞ prezidenti stimullaşdırma planının cavabdehlik və şəffaflıqla həyata tətbiq ediləcəyinə vəd verib.

XS
SM
MD
LG