Accessibility links

Holbruk Həmid Karzai ilə görüşüb


ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk Əfqanıstan prezidenti Həmid Karzai ilə danışıqlar aparıb. ABŞ nümayəndəsinin cənab Karzai ilə görüşünün müzakirə mövzusunun Taliban yaraqlılarına qarşı mübarizə olacağı gözlənilirdi. Görüşdən sonra heç bir açıqlama verilməyib. Ancaq Cənab Karzai dünən Əl-Cəzirə telekanalına bildirib ki, ABŞ və Əfqanıstan hökumətləri arasında yaşanan gərginliklər əsasən mükli vətəndaşların ölməsi və həbs edilməsi, evlərə gecə reydləri ilə bağlıdır. Bu gün səhər isə Holbruk Əfqanıstan xarici işlər naziri Ranqin Dadfar Spanta ilə görüşüb. Bu gün ölkədə habelə zorakılıq faktı qeydə alınıb. Əfqan polisi deyir ki, 2 bomba partlayışı nəticəsində bir yerli rəsmi və 4 polis işçisi həlak olub.
XS
SM
MD
LG