Accessibility links

Prezident Obama Əfqanıstanın ABŞ-ın regionda strategiyanın yenidən nəzərdən keçirilməsi planına qoşulmasını alqışlayıb


ABŞ-ın Cənubi Asiya region üzr xüsusi nümayəndəsi Riçard Holbruk deyib ki, prezident Barak Obama Əfqanıstanın Vaşinqtonun Əfqanıstan və Pakistana dair siyasətinin strateji cəhətdən yenidən keçirilməsi planında iştirakını alqışlayıb. Bu vəzifəyə yeni təyin olunmuş Holbruk məsələni Əfqanıstan prezidenti Həmid Karzai ilə müzkairə edib. Bu gün Holbrukla birgə mətbuat konfransı zamanı cənab Karzai deyib ki, Xarici işlər naziri Ranqin Dadfar Spanta Talibana qarşı mübarizəyə strateji cəhətdən yenidən qiymət verilməsi prosesində iştirak etmək üçün Vaşinqona səfər edəcək. O, nümayəndə heyətinin nə zaman Vaşinqona yola düşəcəyi barədə məlumat verməyib. ABŞ planı aprel ayında NATO sammitinə qədər başa çatdırmağı planlaşdırır. ABŞ rəsmiləri bəyan ediblər ki, Holbrukun Cənubi Asiyaya səfəri prezidenti Barak Obama Amerikanın regionda əks-terr fəaliyyətlərini yenidən nəzərdən keçirdiyi bir vaxt fakt-araşdırıcı missiya xarakteri daşıyır.

XS
SM
MD
LG