Accessibility links

'İlin ortalarına qədər razılıq əldə olunmasını istəyirik'


Sual: Azərbaycan və Ermənistan prezidentlərin son görüşündən sonra tərəflər Dağlıq Qarabağ məsələsi üzərində razılığa yaxındırlarmı?

Cavab: Mən tamamilə belə düşünürəm. Əlbəttə, razılığa yaxın olmaq o demək deyil ki, biz artıq sondayıq. Biz hələ o məqama yetişməmişik. Lakin biz daha yaxınıq. Mən belə düşünürəm, çünki prezidentlər arasında əhval-ruhiyyə müsbətdir. Zürixdə olarkən mən gördüm ki, prezidentlər həqiqi fikir mübadiləsi aparırlar. Hər biri razılıq üçün başqasının nə istədiyini anlamağa çalışırdı. Mən pozitiv və konstruktiv bir əhval-ruhiyyə hiss etdim. Prezidentlərin proqres əldə etmək məramı aydın sezilirdi. Və buna yalnız riəliləyiş kimi baxmaq olar.

Sual: Ortada Dağlıq Qarabağın statusu, referendum, erməni qüvvələrinin Dağlıq Qarabağ və ətraf regionlardan çıxması kimi məsələlər var. Bu başlıca məsələlərdə irəliləyiş oldumu?


Cavab: Prosesin spesifik cəhətlərinə varmadan demək istərdim ki, müəyyən irəlilyişlər olub. ATƏT Minsk Qrupunun həmsədrləri danışıqlara Azərbaycanın ərazi bütövlyüyünü qəbul edərək vasitəçilik edirlər. Minsk Qrupunun bütün üzvləri, ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi tamlığını dəstəkləyir. Bu mövqe öz müqəddaratını təyin etmə və zorakılıqdan imtina prinsiplərini də ehtiva edir. Əsas məsələ sadalanan üç prinsip arasında düzgün balans tapmaqdır.

Sual: Siz Türkiyənin Ermənistan və Azərbaycanı bir araya gətirmək səylərinə necə baxırsınız? Sizin Türkiyənin Qafqazda Sabitlik Platforması təklifinə münasibətiniz?


Cavab: Biz NATO müttəfiqi kimi Türkiyənin rolunu müsbət qarşılayırıq. Elə məhz bu səbəbdən hələ Klinton administrasiyası dönəmində Türkiyə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqazda qaz nəqliyyatı kimi layihələrə qoşulmağa ruhlandırılırdı. ABŞ və Avropa Birliyi Türkiyənin Qafqazda sabitlik platformasının təsisçiləri olmasa da, biz Türkiyənin dayanıqlı müttəfiq qismində Cənubi Qafqazda ümumi hədəflərə xidmət edəcəyinə əminik.

Sual: ABŞ-ın Ermənistandakı səfiri verdiyi bəyanatda bildirib ki, ABŞ administrasiyası bu il, hətta yayadək razılıq olacağını gözləyir. Bu nikbinliyin səbəbi nədir? Sizdə bu təəssüratı nə kimi faktorlar yaradır?


Cavab: Demək istərdim ki, ümid edirəm ki, ilin ortalarınadək razılıq olsun. Lakin mən bunu gözlədiyimi söyləməyə hazır deyiləm. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu səlahiyyət prezidentlərdədir. Prezidentlərin əhval-ruhiyyəsini, və əvvəl sadaladığım faktorları nəzərə alaraq mənim real ümidim var ki, ilin ortalarınadək razılıq əldə oluna bilər. Lakin qarşıda duran başlıca məsələlərin nə vaxt çözüləcəyini indidən demək çətindir.

Sual: Rusiya-Gürcüstan hərbi münaqişəsini ardınca Dağlıq Qarbağ münaqişsəinin çözülməsi ilə bağlı səylər gücləndi. Yeni administrasiya dönəmində bu növ intensiv yanaşma davam edəcəkmi? Dağlıq Qarbağ Omaba adminisrasiyasının gündəmində nə kimi yer alır?


Cavab: Yeni administrasiya hələ də öz xarici siyasət kursunu müəyyən etməkdədir. Lakin, mən bilirəm ki, sülh sazişi yüksək prioritet olaraq qalacaq. Bu administrasiyada bir sıra adamlar qalacaq ki, onlar bu sahədə ixtisaslaşıblar. Bu sahədə uzun müddət çalışmış adamlar Dağlıq Qarabağda və onun ətrafında sülhün və sabitliyin qorunmasının mühümlüyünü dərk edir. Onlar anlayır ki, həyat həm Azərbaycan və həm də erməni tərəfi üçün nə qədər yaxşı ola bilər. Nəqliyyat marşrutlarının açılması, ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi və insanlar arasında güclü və müsbət təmasların qurulması – keçmiş Sovet məkanı üzrə ixtisaslaşan adamalar bu reallığı anlayır.

Sual: Siz regiona yaxın zamanlarda səfər etməyi planlaşdırırsınızmı?


Cavab: Mən Minsk Qrupunun həmsədrləri ilə birgə regiona qarşıdan gələn həftələrdə səfər etmək niyyətindəyəm. Ümidvaram ki, bu fevralda baş verəcək. Burada məqsəd Zürix görüşünün ardınca meydana çıxan əlverişli şəraitdən yararlanmaqdır. Prezidentlər məsələlərin necə həll olunması haqda öz fikirlərini bizə bildiriblər. Və bizim də tapşırığımız bu ideyaları nəzərdən keçirib öz təkliflərimizi xarici işlər nazirlərinə və prezidentlərə təqdim etməkdir. Biz çalışacağıq ki, prezidentlər arasında növbəti görüş təşkil edək.
XS
SM
MD
LG