Accessibility links

Hillari Klinton Yaponiyaya yola düşür


ABŞ dövlət katibi Hillari Klinton bu gün Asiyaya yola düşür. Bu, onun dövlət katibi kimi ilk rəsmi səfəridir. Xanım Klintonun Yaponiya, İndoneziya, Cənubi Koreya və Çini əhatə edəcək səfərinin əsas müzakirə mövzusu Şimalı Koreyanın nüvə proqramı və qlobal iqtisadiyyat olacaq. İlk olaraq Tokioda dayanmağı planlaşdıran dövlət katibi 8000 ABŞ hərbi personalının Yaponiyadan Birləşmiş Ştatların Sakit okean adası Quama köçürülməsi barədə saziş imzalayacaq. Bu, Amerika qüvvələrinin ölkədə mövcudluğu ilə bağlı Yaponiyada yaranmış gərginliyi azaltmaq cəhdi çərcivəsində həyata keçirilir. İndoneziyada onun hökumət rəsmiləri ilə danışıqlar aparacağı gözlənilir. Xanım Klinton habelə, İndoneziyanı Birmada insan haqlarının vəziyyətinin yaxşılaşması üçün Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasındakı tərəfdaşları ilə birgə əməkdaşlıq etməyə çağıracaq.
XS
SM
MD
LG