Accessibility links

Hillari Klinton Yaponiyadadır


ABŞ dövlət katibi Hillari Klinton Asiya səfərinin ilk dayanaçağı olan Yaponiyadadır. Bir həftəlik səfər çərçivəsində xanım Klinton İndoneziya, Cənubi Koreya və Çində Amerikanın yeni administrasiyasının Şimali Koreyanın nüvə proqramının dayandırılması və qlobal iqtisadiyyatın sabitləşdirilməsinə olan marağını nümayiş etdirməyə çalışacaq. Hillari Klintonun Yaponiya səfəri Asiyanın bu aparıcı iqtisadiyyatının 3 faizdən artıq azaldığı vaxta təsadüf edir.

İndoneziyada ABŞ dövlət başçısı ASEAN ölkələri ilə yaxından əməkdaşlıq əldə edilməsi məsələsini müzakirə edəcək. Hillari Klinton Cənubi Asiya ölkəri təşkilatını Birmada insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılmasına dair o ölkəyə təzyiq göstərməyə çağıracağı gözlənilir.

Çində isə dövlət katibi iqtisadi və ticari əlaqərlərin genişləndirilməsini müzakirə edəcək. Hillari Klinton Çin-Amerika münasibətlərini sülh və firavanlığın əsası adlandırır.

XS
SM
MD
LG