Accessibility links

Bu gün ABŞ-da Prezident günüdür


Bu gün ABŞ-da Prezident günü qeyd edilir. Fevral ayı Amerikanın iki prezidenti-1732-ci ildə Corc Vaşinqton və 1809-cu ildə Abraham Linkolnun doğulduğu aydır. Bu bayram ilk dəfə 1885-ci ildə ölkənin ilk prezidenti Corc Vaşinqtonun ad günü olan fevral ayının 22-də qeyd edilmişdi. 1968-ci ildə isə ABŞ Konqresinin təsdiqi ilə hər fevral ayının üçüncü bazar ertəsi günü milli bayram elan edilib.

XS
SM
MD
LG