Accessibility links

İnqilabın ildönümündə İran siyasi təlatümlə üzləşir


İran inqilabının 30-cu ildönümü iki mühüm seçkilərin arasına təsadüf edir – ötən Noyabrda ABŞ prezident seçkiləri və gələn İyunda İranda prezident seçkiləri.

Zahirdə İranda demokratik idarəçiliyin bütün atributları mövcuddur. Seçkilər keçirilir, parlament fəaliyyət göstərir və prezident qismində ali icraçı var.

Lakin Yaxın Şərq üzrə analist Aleks Vatanka deyir ki, görüntülər azdırıcı ola bilər:
"Gəlin açıq danışaq. İran Yaxın Şərqdəki bir çox Ərəb qonşularından qat-qat artıq demokratikdir. Yəni burada müəyyən mənada seçkilər var. Amma onlar azad və ya ədalətli deyil. Opnlar demokratik də deyil. Rejim əslində xalqa deyir: biz sizə hansı namizədə səs verməli olduğunuzu deyəcəyik."

Həqiqi hakimiyyət İslam Respublikasının ali dini rəhbəri Ayətulla Əli Xameneinin əlindədir. O, bu vəzifəni tutan ikinci şəxsdir. Birincisi İslam İranının atası Ayətulla Xomeyni idi. Hakimiyyət həmçinin Nəzarət Şurasında və Effektivlik Şurasında oturan 50 adama məxsusdur.

Parlament prezidenti tənqid edə bilər. Və keçmişdə, ələlxüsus iqtisadi iysət məsələsində belə edib. Lakin nüvə proqramı və ABŞ-la münasibətlərə gəldikdə parlament bu məsələlərdən yan keçir.

İran İnqilabi Qvardiya keşikçiləri İraqla 8 illik müharibədən böyük nüfuzla çıxdılar. Qərbdə alovlu retorikasına görə tanınmış Mahmud Əhmədinjead İnqialbi Qvardiyanın keçmiş üzvü olub və bu müharibə veteranıı siyasi dəstəyini sabiq yoldaşlarından alıb. Lakin prezidentin ölkə siyasəti üzərindəki həqiqi təsirinin miqyası aydın deyil.

Analistlər deyir ki, iqtisadiyyat İyunda keçiriləcək seçkilərdə başlıca məsələ olacaq. Ötən il ərzində neft qiymətləri ucuzlaşmış və inflyasiya 25 faiz artmışdır. Gözlənilir ki, seçkilərdə Mahmud Əhmədinejad nisbətən mötədil sayılan Məhəmməd Xatəmi və Əli Əkbər Haşemi Rəfsəncani ilə üzləşəcək. Əgər belə olarsa onda vətəndaşların qarşısındakı seçim daha kəskin olacaq.

XS
SM
MD
LG