Accessibility links

Pakistan hökuməti Talibanla əldə olunmuş razılığı alqışlayır


Pakistanın baş naziri Yusuf Raza Gilani Taliban yaraqlıları ilə əldə olunmuş və ölkənin şimal qərbində şəriət qanunlarının tətbiqinə imkan verən sülh anlaşmasını alqışlayıb.

Cənab Gilani jurnalistlərə deyib ki, bu razılaşma hökümətin dialoq və inkişafa yönəlik siyasi xəttinə uyğundur.

Pakistanın informasiya naziri Şerri Rəhman isə vurğulayıb ki, əldə olunumş qərara hökumətin zəifliyi və yaxid yaraqlılara güzəşt edilməsi kimi baxılmamalıdır.

Bu razılaşma bazar ertəsi günü Şimal Qərb əyalətinin rəsmiləri ilə yerli Taliban yaraqlılarının lideri Maulana Fazlullah arasında imzalanıb.

XS
SM
MD
LG