Accessibility links

ABŞ-ın yüksək səviyyəli komandiri Özbəkistandadır


ABŞ-ın yüksək səviyyəli komandiri general Deyvid Petreas Əfqanıstanda döyüşən Birləşmiş Ştatlar hərbi qüvvələrinə təchizatla təmin edilməsi yollarını müzakirə etmək üçün Özbəkistandadır. Birləşmiş Ştatların İraq və Əfqanıstanda hərbi qüvvələrinin komandanı Petreas Daşkənddə Özbəkistan prezidenti İslam Kərimovla görüşüb.ABŞ səfirliyindən bildirilir ki, Petreasın səfəri regionda başlıca məsələlər, xüsusilə də Əfqanıstanla bağlı Özbəkistanın baxışı ilə tanışlıq mahiyyəti daşıyır. Özbəkistan qərbin Əndican hadisələrilə bağlı rəsmi Daşkənndi kəskin tənqid etməsindən sonra 2005-ci ildə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrini təmin edən bazasını bağlayıb.Birləşmiş Ştatlar regionda yalnız bir bazadan, Qırğızıstandakı Manas bazasından istifadə edə bilir.Lakin Qırğızıstan prezidenti Kurmanbek Bakiyev bazanın bağlanmasına çağırıb və parlament ABŞ-ın obyektdən istifadəsinə rəsmi olaraq son qoyub-qoymamaq məsələsi üzrə cümə axşamı səsvermə keçirməyə hazırlaşır.

XS
SM
MD
LG