Accessibility links

İsrail əsgərinin azad edilməsini tələb edir


İsrail Həmas militant qrupunun əsir götürdüyü İsrail əsgərini azad etməyincə Qəzza Zolağı boyunca sərhəd məntəqələrini açmayacaq. İsrailin təhlükəsizlik kabineti bu gün Gilad Şalitin əvəzində çoxlu sayda Fələstinli məhbusun buraxılmasını müzakirə edib. İsrailin kabinet naziri Meir Şitrit iclasdan sonra bildirib ki, Şalit buraxılmadan Həmasla razılığa gəlinməsi ağlasığmazdır. İsrail baş naziri Ehud Olmert vurğulayıb ki, militant qrupu ilə uzun müddətli sülh razılığı üçün Şalit azad edilməlidir. Qəzza militantları Şaliti iki il bundan öncə əsir götürmüşdülər. Suriyada qərargahlanan Həmas lideri Xalid Meşəl deyib ki, əsgərin azad edilməsi İsraillə sülh razılığından ayrılıqda müzakirə olunmalıdır.
XS
SM
MD
LG