Accessibility links

Şimali Koreya BMT-nin yeni sanksiyalarına məruz qala bilər


Cənubi Koreyanın xarici işlər naziri uzunmənzilli raketlərin sınağını həyata keçirdiyi təqdirdə Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalacağını deyib. Nazir Yu Myun Hvan Seulda diplomatlar və jurnalistlər forumunda Şimalın fəza inkişafı proqramı çərçivəsində raket sınağı həyata keçirmək niyyətində olduğunu rədd edib. Nazirin dediyinə görə, bunun raket və ya peyk olmasından asılı olmayaraq, Şimali Koreya sınaq həyata keçirsə, BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarını qaçılmaz edəcək.

BMT 2006-cı ildə Şimali Koreyanın uzunmənzilli raketlərinin sınağına görə onu cəzalandıraraq, sanksiyalar tətbiq etmişdi. Üç ay sonra Pxenyanın yeraltı nüvə sınağı daha bir sanksiyaya yol açmışdı. Cənubi Koreyanın xarici işlər naziri Yu Myun Hvan deyib ki, uzaq məsafəli raketlərin inkişafı Çənubi Koreya və bütöv dünyanın təhlükəsizliyinə hədədir.


XS
SM
MD
LG