Accessibility links

Kərbəladan qayıdan zəvvarlar qəzaya düşüb


İraq rəsmiləri Bəsrə şəhərində Britaniya hərbi qüvvələrinin maşını ilə mini avtobusun toqquşması nəticəsində 7 zəvvarın öldüyünü, azı 10 nəfərin yaralandığını bildirirlər. Britaniya ordusunun sözçüsünün dediyinə görə, qəza dünən Bəsrə aeroportunun yaxınlığında baş verib. Zəvvarlar Kərbəla şəhərindən ziyarətdən qayıdarkən içərisində olduqları avtobus yol kənarında keşik çəkən hərbi maşınla toqquşub. Hazırda Bəsrədə Britaniyanın 4 000-dən çox əsgəri xidmət göstərir.

XS
SM
MD
LG