Accessibility links

ABŞ Dövlət katibi Şimali Koreya rəhbərliyindəki vəziyyətlə bağlı narahatlığını bildirir


ABŞ dövlət katibi Hillari Klinton Şimali Koreya rəhbərliyindəki vəziyyət və Kim Yong İlin əvəz edilməsi ilə yaranacaq potensial böhranla bağlı narahatlığını bildirib. Cənubi Koreyanın paytaxtı Seula çatmazdan əvvəl müxbirlərlə danığan xanım Klinton deyib ki, president Obama administrasiyasını Pxenyanın mümkün hakimiyyət dəyişikliyi narahat edir. Dövlət başçısı bu kimi dəyişikliyin Şimalın qonşuları ilə münasibətlərinə gərginlik gətirə biləcəyini deyib.

Hillari Klintonun Seula səfərindən bir neçə saat əvvəl Şimali Koreya Cənubi Koreya ilə müharibəyə hazır olduğu barədə xəbərdarlıq vermişdi. Hədələr ekspertlərin Şimali Koreyanın ballistic raket sınaqlarına dair xəbərdarlıqlarından sonra səslənib. ABŞ dövlət katibi Hillari Klinton 4 Asiya ölkəsinə səfərinin iki dayanacağı Yaponiya və İndoneziyadan sonra Cənubi Koreyaya gedib.


XS
SM
MD
LG