Accessibility links

ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atan jurnalistın məhkəməsi təxirə salınıb


ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atan jurnalistın məhkəməsi gələn ayadək təxirə salınıb. Dekabr ayının 14-də İraqın baş naziri Nuri Əl-Maliki ilə birgə mətbuat konfransında Corc Buşa ayaqqabı atan Müntəzir Əl-Zeydini 15 il müddətinə azadlıqdan məhrumiyyət gözləyə bilər. 30 yaşlı müxbir xarici dövlət başçısına qarşı təhqirlə ittiham edilir.

Əl-Zeydinin ailəsi və jurnalist həmkarları onun işgəncələrə məruz qaldığını bildirir. Onun vəkilllərindən biri Əl-Zeydinin əməlini təqdirəlayiq adlandıraraq, president Buşun cinayətkar olduğunu, iraqlıları vətənsiz qoyduğunu, müqəddəsliyi təhqir etdiyini deyib. Vəkil bildirib ki, Corc Buşun cinayətləri hamıya məlumdur, Əbu Qreyb skandalı buna misaldır. Müntəzir Əl-Zeydinin məhkəməsi mart ayının 12-də bərpa ediləcək.

XS
SM
MD
LG