Accessibility links

ABŞ iqtisadiyyatının dirçəldilməsi səyləri davam etdirilir


ABŞ iqtisadiyyatının dirçəldilməsi səyləri davam etdirilir.Prezident Barak Obamanın evlərini itirmək təhlükəsi qarşısında olanlar üçün açıqladığı yeni 75 milyard dollarlıq plan milyonlarla amerikalıya yardımı nəzərdə tutur. Vəsait ev sahiblərinə maliyyələşdirilmənin yeniləşdirilməsi ilə ipoteka ödənişlərini mümkün edəcək.

Amerikanın Mərkəzi Bankı və Federal Ehtiyatlar İdarəsi bu il iqtisadiyyatda 0.5 faizlə 1.3 faiz arasında geriləmə müşahidə edildiyini bildirir.

Amerikanın avtomobil sənayesinin gələcəyi də qaranlıq görünür. Bildirildiyinə görə, avtomobil şirkətləri istehlakçı tələbatının azalmasına görə iflas qarşısındadır. General Motors və Chrysler şirkətləri hökumətdən əlavə 14 milyard dollarlıq kredit yardımına müraciət edib.

XS
SM
MD
LG