Accessibility links

Hillari Klinton 4 Asiya ölkəsinə səfərinin son dayanacağı Çindədir


ABŞ dövlət katibi Hillari Klinton 4 Asiya ölkəsinə səfərinin son dayanacağı Cindədir. Çin rəsmiləri ilə görüşlərin diqqət mərkəzində iqlim dəyişikliyi, iqtisadi böhran və Şimali Koreyanın nüvə proqramı məsələləri yer alır. Pekindən əvvəl Seulda olan xanım Klinton Şimali Koreyanı təhrikedici addımlar atmamağa çağırıb.

Cənubi Koreyalı həmkarı Yu Myun Hvanla birgə mətbuat konfransında ABŞ dövlət katibi Pxenyanı Cənubla dialoqun bərpasına çağırıb. Keçən ay Şimali Koreya Cənubla bütün siyasi və hərbi razılıqları ləğv etmişdi. ABŞ və Cənubi Koreya Şimali Koreyanın ballistic raket sınaqlarının həyata keçirilməməsinə dair xəbərdarlıq verib.

XS
SM
MD
LG