Accessibility links

NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq səylərini davam etdirəcək


NATO Baş katibi Yaap de Hup Şeffer deyir ki, alyansın Rusiya ilə münasibətləri yenidən inkişaf etdirmək səyləri Moskva ilə Gürcüstana dair fikir ayrılıqlarına baxmayaraq davam etdiriləcək.Polşada müdafiə nazirlərinin görüşündən sonra danıan de Hup Şefferin bildirdiyinə görə, NATO Xarici işlər nazirləri məsələ ilə gələn ay məşğul olacaqlar.NATO rəsmi Moskva ilə formal dialoqu keçən ilin avqust ayında Rusiya qüvvələri Gürcüstana daxil olduqdan sonra dayandırmışdı.NATO Baş katibi Gürcüstanın ərazi bütövlüyünə dəstəyi bir daha təkrarlarayaraq Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarında baza salmaq planlarına görə narahatlığını bildirib.

XS
SM
MD
LG